Daha bir iştirakçı komandanın yekun heyəti açıqlandı - DÇ-2026

Daha bir iştirakçı komandanın yekun heyəti açıqlandı - DÇ-2026

Futbol üzrə İordaniya milli komandasının DÇ-2026 üçün yekun heyəti müəyyənləşib.

Baş məşqçi Camal Sellami tarixdə ilk dəfə 3 ölkədə (ABŞ, Kanada, Meksika) keçiriləcək mundiala 26 futbolçu ilə yollanacaq.

Krallıq ölkəsinin yığması J qrupunda Argentina, Avstriya və Əlcəzairlə birgə mübarizə aparacaq.

Yarış iyunun 11-də start götürəcək.

Qapıçılar: Yazid Əbu-Layla ("Əl Hüseyn"), Abdulla Əl-Faxuri ("Əl Vehdat"), Nurəddin Bani-Attiya ("Əl Faysalı");

Müdafiəçilər: Abdulla Nəsib ("Əl Zavra"), Səid Əl-Rosan, Səlim Übeyd, Ehsan Həddad (hamısı "Əl Hüseyn"), Yazan Əbu-Ərab ("Seul"), Məhəmməd Abuəlnadi ("Selanqor"), Husam Əbu Daqab ("Əl Salmiya"), Ənəs Bani-Yasin ("Əl Faysali"), Mohannad Əbu Taha ("Əl Oruba"), Məhəmməd Əbu Həşiş ("Əl Karma");

Yarımmüdafiəçilər: Nur Əl-Ravabde ("Selanqor"), Nizar Əl-Raşdan ("Əl Xalidiyə"), İbrahim Sade ("Əl Muharraq"), Rəcai Ayid ("Əl Hüseyn"), Əmir Camus, Məhəmməd Əl-Daud (hər ikisi "Əl Vehdat"), Mahmud Əl-Mərdi ("Dibba");

Hücumçular: Musa Əl-Tamari ("Renn"), Ode Əl-Faxuri ("Piramids"), Məhəmməd Əbu-Zreyk ("Raca"), Əli Azayse ("Əl Şabab"), İbrahim Sabra ("Lokomotiva" Zaqreb), Əli Olvan ("Əl Sailiyə").

Mediasport.com.az