İngiltərə millisi Xorvatiya yığmasını 4 qolla məğlub etdi
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatında 1-ci turun görüşləri davam edir.
"Mediasport" xəbər verir ki, turun ən maraqlı matçlarından biri L qrupunda baş tutub.
İngiltərə millisinin Xorvatiya yığması ilə duelində qapılara 6 qol vurulub.
Startda iddiasını ortaya qoyan britaniyalılar "damalılar"ı üstün oyunla məğlub ediblər - 4:2.
Qrupda yer alan Qana və Panama seçmələri Bakı vaxtilə saat 03:00-da qarşılaşacaqlar.


