İspaniya ilk qələbə arzusunda, Belçika İran millisi ilə üz-üzə

İspaniya ilk qələbə arzusunda, Belçika İran millisi ilə üz-üzə

Futbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün axşam daha 2 qarşılaşma keçiriləcək.

İlk tur gözlənilmədən xal itirən İspaniya Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Belçika milli komandası İran yığması ilə üz-üzə gələcək.

Digər oyunlar gecə yarısı və səhər saatlarında baş tutacaq.

Uruqvay Kabo Verdeyə, Yeni Zelandiya Misirə qarşı mübarizə aparacaq.

DÇ-2026. 2-ci tur

21 iyun

H qrupu

20:00 İspaniya - Səudiyyə Ərəbistanı

G qrupu

23:00 Belçika - İran

22 iyun

H qrupu

02:00 Uruqvay - Kabo Verde

G qrupu

05:00 Yeni Zelandiya - Misir