Ermənilərdən növbəti təxribat!
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilmiş "Ararat-Armeniya" - "Şemrok" oyununda Azərbaycana qarşı təxribat törədilib.
"Mediasport" xəbər verir ki, İrəvanda baş tutan qarşılaşmada meydan sahibləri provokasiyaya yol verərək tribunadan tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını asıblar.
Xatırladaq ki, Azərbaycan ordusu 2020-ci ildə 44 günlük müharibəsi və 19 sentyabr 2023-cü ildə lokal antiterror tədbirləri ilə bütün ərazisində suverenliyini tam bərpa edib.


