Qadına təcavüzdə ittiham edilən futbolçu azadlığa buraxıldı

  Qadına təcavüzdə ittiham edilən futbolçu azadlığa buraxıldı

Qadına təcavüzdə ittiham edilən "Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti London polisi tərəfindən azadlığa buraxılıb.

"Mediasport" xəbər verir ki, iki qadına 5 təcavüz aktı ilə polis tərəfindən nəzarət altına alınan qanalı futbolçunun növbəti məhkəməsi 2 sentyabrda baş tutacaq.

4 iyulda polis tərəfindən saxlanılan Partinin bu əməli 2021-2022-ci illərdə gerçəkləşdirdiyi iddia edilir.