Argentina millisinin oyununda Azərbaycana qarşı təxribat edildi

Argentina millisinin oyununda Azərbaycana qarşı təxribat edildi

Hazırda davam edən futbol üzrə dünya çempionatında Azərbaycana qarşı təxribat edilib.

"Mediasport" xəbər verir ki, xoşagəlməz olay J qrupunda ikinci turun Argentina - Avstriya (2:0) matçında qeydə alınıb.

Oyunun keçirildiyi Texas stadionunda bəzi azarkeşlər artsax adlandırılan qondarma respublikanın bayrağını nümayiş etdiriblər.

Xatırladaq ki, dünyada yaşayan bəzi revanşist ermənilər zaman-zaman bu cür təxribata yol verirlər.