AFFA rəsmən üzv və tabe olduğu FİFA və UEFA-ya qarşı çıxdı!

AFFA rəsmən üzv və tabe olduğu FİFA və UEFA-ya qarşı çıxdı!

3 ildən çoxdur FİFA və UEFA tərəfindən beynəlxalq yarışlardan uzaqlaşdırılan futbol üzrə Rusiya milli komandası növbəti yoxlama matçını keçirib.

Valeri Karpinin baş məşqçisi olduğu kollektiv Sankt-Peterburqda Peru futbolçuları ilə üz-üzə gəlib.

"Qazprom Arena"da baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Maraqlıdır ki, matçı azərbaycanlı FİFA referisi Kamal Umudlu idarə edib.

Davamlı olaraq UEFA-dan təyinat alan ədalət təmsilçisinin təcavüzkar adı alan Rusiyaya göndərilməsi birmənalı qarşılana bilməz. Bu, rəsmən FİFA və UEFA-ya qarşı çıxmaqdır.

Nəzərə alaq ki, Umudlu bir neçə ildir FİFA kokardı daşıyır.

Belədə onun məhz FİFA və UEFA-nın təcrid etdiyi komandanın oyununu idarə etməsinin gələcək karyerasına da təsirsiz ötüşməyəcəyini düşünmək olar.

Mediasport.com.az