"Futbolçular bu gün nəyə qadir olduqlarını nümayiş etdirdilər"

"Futbolçular bu gün nəyə qadir olduqlarını nümayiş etdirdilər"

"Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər.

"Mediasport" xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov deyib.

O, AVRO-2027-nin seçmə mərhələsinin Bolqarıstan yığması ilə səfər oyunu haqda danışıb:

"Futbolçularımız nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi.

Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir.

Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik".

Xatırladaq ki, səfərdə keçirilən matçda hesab açılmayıb.