Azərbaycanın digər iki klubu da avrokuboklara məğlub başladı

 Azərbaycanın digər iki klubu da avrokuboklara məğlub başladı

Azərbaycanın daha iki basketbol klubu avrokuboklara məğlubiyyətlə başlayıb.

"Mediasport" xəbər verir ki, FİBA Avropa Kubokunun müntəzəm mövsümündə debüt edən "Gəncə" səfərdə, "LANDAU Lions" evdə uduzub.

C qrupunda yer alan qərblilərin İstanbulda Türkiyənin "Esenler Erokspor" komandası ilə görüşündə 63:92 hesabı qeydə alınıb.

Bakı İdman Sarayında keçirilən G qrupunun "Lions de Geneve" kollektivi ilə görüşündə isə İsveçrə təmsilçisi 105:83 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, bir gün əvvəl "Sabah" FİBA Çempionlar Liqası, "Neftçi" isə FİBA Avropa Kubokunun müntəzəm mövsümündə məğlub olub.