Əliyev Albaniya Super Liqasında növbəti qələbəsini qazandı

Əliyev Albaniya Super Liqasında növbəti qələbəsini qazandı

Futbol üzrə Albaniya Super Liqasında 25-ci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" "Dinamo"nu (Tirana) qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 1:0.

Zamiq qarşılaşmada 90 dəqiqə meydanda olub.

Xal ehtiyatını 46-ya çatdıran "Eqnatiya" turnir cədvəlinin 2-ci pilləsində yer alıb.