"Neftçi" "Araz-Naxçıvan"la üz-üzə - Azərbaycan çempionatında final
Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümü bu gün başa çatacaq.
"Mediasport" xəbər verir ki, "Neftçi" və "Araz-Naxçıvan" arasında keçiriləcək görüşdə kubokun sahibi müəyyənləşəcək.
Qarşılaşma saat 19:00-da start götürəcək və "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
Futzal üzrə Yüksək Liqa
18 May
19:00 "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov
Ehtiyat hakim: Hidayət Feyzullayev
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı.


