Premyer Liqaya vəsiqə qazanan komandada yeni təyinat oldu
"Şəfa" futbol klubunda yeni təyinat reallaşıb.
"Mediasport" xəbər verir ki, idman jurnalisti Heybət Məmmədov klubun mətbuat katibi təyin edilib.
O, bu təyinata qədər müxtəlif media qurumlarında çalışıb.
Xatırladaq ki, paytaxt klubu 2025/2026-cı illər mövsümündə 1-ci Liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanıb.



