Dünya çempionatında daha bir medalı Məmmədov qazandı

 Dünya çempionatında daha bir medalı Məmmədov qazandı

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

"Mediasport" xəbər verir ki, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medal qazanıb.

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları mükafat sayı 4-ə çatıb.

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medala sahib çıxıblar.