Azərbaycan çempionatında komanda sayı artırıldı - QƏRAR

AFFA Yüksək Qızlar Liqasında mübarizə aparan komandaların sayı artırılıb.
"Mediasport" xəvər verir ki, bu barədə qərar Lisenziya Komissiyasının iclasında çıxarılıb.
Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:
“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.
Beləliklə, 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12-yə çatdırılıb:
1. "Araz Naxçıvan" PFK
2. "Baku Juniors" FK
3. "Dirçəliş" FK
4. "Liman" FK
5. "Neftçi" PFK
6. "Qəbələ" İK
7. "Sabah" FK
8. "Sumqayıt" FK
9. "Şəfa" FK
10. "Təhsil 8" FK
11. "Ümid" FK
12. "Zaqatala" QFK