Yığmamızın üzvü Niderland klubu ilə "1+1" illik müqavilə bağladı

Futbol üzrə Azərbaycanın A milli komandasının üzvü Ozan Can Kökçü özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, Finlandiyanın "Helsinki" klubundan ayrılan yarımmüdafiəçi karyerasını Niderlandın Yüksək Liqasında (Erediviziya) davam etdirəcək.
26 yaşlı Kökçü elitaya vəsiqə qazanan "Volendam"la anlaşıb. Tərəflər arasında "1+1 illik" müqavilə bağlanıb.
Qeyd edək ki, 2018-ci ildən Azərbaycan yığmalarında forma geyinən Ozan Niderlandda anadan olub, ailəsi orada yaşayır.