"Karvan"dan ayrılıb Premyer Liqanın digər klubuna keçdi

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan"da ayrılıq yaşanıb.
"Mediasport" xəbər evrir ki, Yevlax klubu Ezekiel Morqanla yollarını ayırıb.
Qanalı forvardla başa çatan müqavilə yenilənməyib.
Hücumçu keçmiş klubu - elitanın digər yeni iştirakçısı "İmişli"yə geri dönüb.