"Turan Tovuz"un legioneri "Sabah"ın baş məşqçisi haqda nələr dedi?

"Təəssüf ki, Vasili Berezutski ilə görüşmək imkanım olmadı. Onu “Sabah”la oyundan nə əvvəl, nə də sonra gördüm".
Mediasport.com.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında "Turan Tovuz"un legioneri Anton Kraçkovski deyib.
Yanvarda Mahaçqala "Dinamo"sundan icarəyə götürülən yarımmüdafiəçi "Sabah"ın rusiyalı baş məşqçisi Vasili Berezutski haqda danışıb.
Kraçkovski rusiyalı məşqçinin yaxşı perspektiv vəd etdiyini bildirib:
"Güclü məşqçi olmaq üçün onda böyük potensial var. Bilirik ki, futbolçu karyerası yüksək səviyyədə olub. Ona görə futbolda necə işləməli olduğunu da yaxşı bilir. Onun böyük gələcəyi var".
Xatırladaq ki, 22 yaşlı futbolçunun Tovuz təmsilçisi ilə müqaviləsi yaya qədərdir.