Tellur Mütəllimov "Sabah"ın heyətində yubiley matçına çıxdı

  Tellur Mütəllimov "Sabah"ın heyətində yubiley matçına çıxdı

"Sabah" Azərbaycan Premyer Liqasının 31-ci turunda "Kəpəz"lə qarşılaşıb (0:1).

"Mediasport" xəbər verir ki, həmin matç Masazır təmsilçisinin futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.

31 yaşlı sağ cinah müdafiəçisi "Sabah"ın heyətində 100-cü oyununa çıxıb.

2022-ci ilin yayından "Sabah"da forma geyinən Mütəllimov bu müddətdə 5 qol və 4 məhsuldar ötürmə edib.