Liqa yarışında 2-ci tura doğru

  Liqa yarışında 2-ci tura doğru

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının 2-ci turu keçiriləcək.

"Mediasport" xəbər verir ki, turnirdə 105 klub və idman cəmiyyətindən olan 768 idmançı (614 oğlan, 154 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, bu il U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.