Daha iki cüdoçumuz Poreçdə Avropa Kubokunda medal qazandı

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda medal qazanıb.
"Mediasport" xəbər verir ki, Mədinə Hüseynova (40) və Xədicə Abdullayeva (44 kq) bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə Aysun Məmmədova (52 kq) Avropa Kubokunun qalibi olub.
Bu gün daha 5 cüdoçumuz mübarizə aparacaq.