Coşqun Diniyev Türkiyə klubunda debüt oyununda iki qol vurdu

Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev Türkiyədə yeni klubunda uğurla debüt edib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 1-ci Liqa təmsilçisi "Çorum"un heyətində ilk matçında "Yeni Malatyaspor"a iki qol vuraraq komandasına qələbə qazandırıb.
Yığmamızın üzvü 14 və 49-cu dəqiqələrdə fərqlənib - 2:0.
Xal ehtiyatını 38-ə çatdıran "Çorum" 4-cü pilləyə yüksəlib.
Xatırladaq ki, Coşqun Diniyev bugünlərdə "Bandırmaspor"dan ayrılaraq "Çorum"la 1.5 illik müqavilə bağlayıb.