Mikels Georgi Adamiyaya çatdı

 Mikels Georgi Adamiyaya çatdı

"Sabah"ın futbolçusu Coy-Lens Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb.

"Mediasport" xəbər verir ki, hücumçu bu göstəricidə gürcüstanlı Georgi Adamiyaya çatıb.

Forvard buna "Zirə"ni beş cavabsız qolla məğlub etdikləri Misli Premyer Liqasının IV turunun oyununda het-trik etməklə nail olub.

Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.

Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-ci top olub.

Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız "Sabah"da çıxış edən forvard debüt etdiyi 2021/2022 mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.

Futbolçu həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb.

O, bu imkanların 9-dan yararlanıb.