"Neftçi"də 2 yeni müqavilə

"Neftçi"də 2 yeni müqavilə

Avropa Konfrans Liqasına hazırlaşan “Neftçi”də daha iki futbolçunun gələcək taleyi müəyyənləşib.

"Mediasport"a verilən məlumata görə, Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla vidalaşan "ağ-qaralar" kapitan Emin Mahmudov və qapıçı Emil Balayevlə bağlı qərarını qətiləşdirib.

Hər iki oyunçu ilə aparılan danışıqlar müsbət yekunlaşdırılıb. Razılaşdırılmış yeni müqavilələrin detalları bugünlərdə açıqlanacaq.

Xatırladaq ki, paytaxt klubunun yetirməsi olan Emil Balayev 2011-2014-cü illərdə də burada forma geyinib. Qolkiperin klubda ikinci dönəmi 2023-cü ilin yayında başlayıb.

Mahmudov isə 2017-ci ildən “Neftçi”nin şərəfini qoruyur.