"Qarabağ"la oyundan öncə evdə inamlı qələbə qazandılar - VİDEO

"Qarabağ"la oyundan öncə evdə inamlı qələbə qazandılar - VİDEO

UEFA Konfransı Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq Niderlandın “Tvente” klubu Erediviziyada 2-ci tur matçını keçirib.

"Mediasport" xəbər verir ki, Yon van den Bromun baş məşqçisi olduğu komanda “Zvolle”ni qəbul edib.

Görüş Enşxede təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Komandanın növbəti oyunu avqustun 20-də "Qarabağ"a qarşı olacaq.