UEFA Millətlər Liqasında pley-offun ilk görüşləri baş tutdu
UEFA Millətlər Liqasında ilk pley-off oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, C və D Divizionlarında bu görüşlərlə son iki iştirakçı müəyyənləşəcək.
Latviya millisi səfərdə Cəbəllütariqə qalib gəlib (1:0), Lüksemburq yığması isə rəqib meydanda Malta futbolçularını məğlub edib (2:0).
Cavab qarşılaşmaları martın 31-də baş tutacaq.
Xatırladaq ki, bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında yarışacaq.
