Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3-cü tur çərçivəsində səfərdə Andorra seçməsi ilə qarşılaşıb.
C Liqasının Andorra la Vella şəhərindəki Milli Stadionda baş tutan 3-cü qrup görüşü futbolçularımızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.
Komandamızın qollarını Sevinc Cəfərzadə (2) və Esra Manya vurublar.
Xatırladaq ki, yığmamız qrupda daha əvvəl Şimali Makedoniyaya qalib gəlib (2:0), Macarıstana uduzub (0:1).
Millimizin növbəti matçı da Andorra seçməsinə qarşı olacaq. Bu duel aprelin 18-də Bakıda reallaşacaq.
