Milli komandamız Çimkənddə Qazaxıstan yığması ilə görüşəcək

 Milli komandamız Çimkənddə Qazaxıstan yığması ilə görüşəcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təlim-məşq toplanışı keçəcək.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşündə gücünü yoxlayacaq.

Oktyabrın 24-ü və 27-də baş tutacaq oyunlar Çimkənd şəhər stadionunda reallaşaacaq.