Azərbaycan yığması Avropa çempionatında Belçikaya qarşı
Azərbaycan qadın futbolçulardan ibarət U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan komandamız Belçika futbolçuları ilə qarşılaşacaq.
Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Görüşü Ukraynadan olan hakimlər idarə edəcəklər.
