Millimiz Lüksemburqa da uduzdu

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının B divizionunda 4-cü oyununu çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız Lüksemburqla oyunda 55:74 hesabı ilə məğlub olub.
Buna qədər Azərbaycan Slovakiyaya (62:70), İsveçə (57:84) və Niderlanda (49:81) uduzub.
Nəticədə, U-16 millimiz Avropa Çempionatının B divizionunda qrup mərhələsini sonuncu tamamlayıb.