Almaniya klubuna uduzan "Sabah" ÇL-də qrupu sonuncu yerdə bitirdi

 Almaniya klubuna uduzan "Sabah" ÇL-də qrupu sonuncu yerdə bitirdi

Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edən “Sabah” əsas mərhələdə son oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv B qrupunda Almaniyanın “Alba” klubu ilə qarşılaşıb.

Berlində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 106:82.

Xatırladaq ki, bunadək qrupda keçirdiyi 5 matçın 1-də qələbə qazanmış "bayquşlar" 6 xalla sonuncu olub və yarışda mübarizəni dayandırıb.