Azərbaycan çempionatında final seriyası: Bu dəfə "Neftçi" qazandı

Azərbaycan çempionatında final seriyası: Bu dəfə "Neftçi" qazandı

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.

"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüşdə "Sabah" bu dəfə “Neftçi”yə uduzub.

"Ağ-qaralar" 79:76 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, final 4 qələbəyədək davam edəcək. Növbəti görüş mayın 8-də baş tutacaq.

İlk iki dueldə "Sabah" qalib gəlib.