Yığma komandalarımız FİBA-nın yeni reytinqində irəlilədilər

 Yığma komandalarımız FİBA-nın yeni reytinqində irəlilədilər

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası FİBA-nın yeni reytinqində mövqeyini yaxşılaşdırıb.

"Mediasport" xəbər verir ki, millimiz əvvəlki siyahı ilə müqayisədə 5 pillə irəliləyərək 99-cu sıraya yüksəlib.

Qadınlardan ibarət Azərbaycan milli komandası da reytinqdə yüksəlişə nail olub.

Yığmamız 10 pillə irəliləyərək 93-cü pillədə qərarlaşıb.