Millimizin üzvünün komandası mövsümə məğlubiyyətlə başladı

Millimizin üzvünün komandası mövsümə məğlubiyyətlə başladı

Futbol üzrə Finlandiya Yüksək Liqasında (Veikkausliiga) 2025-ci il mövsümü start götürüb

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün şərəfini qoruduğu "Helsinki" çempionata məğlubiyyətlə başlayıb.

Səfərdə "İlves"in qonağı olan paytaxt klubu hesabda iki top fərqi ilə önə keçsə də, üstünlüyü sonadək qoruya bilməyib - 2:3.

Ozan Can meydana 85-ci dəqiqədə daxil olub.