"Əlimizdən gələni etdik" - Elvin Fransa məğlubiyyətini şərh etdi

Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev DÇ-2026-nın Fransa iloə səfər matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Mediasport" xəbər verir ki, 24 yaşlı müdafiəçi əvvəlcə oyun haqda danışıb, 0:3 hesablı məğlubiyyəti şərh edib:
"Mübarizəsiz meydandan çıxa bilmərik. Ən azından mübarizə apardıq. Rəqibin gücünü bilirsiz. Çox danışmağa ehtiyac yoxdur. Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq. Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır.
İlk hissənin sonunda buraxılan qol olmasaydı, başqa nəticəyə ümid etmək olardı?
- Demək çətindir. Əsas odur qoldan sonra dağılmadıq, həvəsdən düşmədik.
Səviyyəcə Çempionlar Liqası oyunu üstündür, yoxsa bu matç?
- Çempionlar Liqası da səviyyəlidir. Komanda olaraq baxsaq, bugünkü rəqib daha səviyyəli idi.
Psixoloji, fiziki yorğunluq Ukrayna ilə matçda çətinlik yarada bilər?
- Düşünmürəm. Belə qrafikdə oynamağa öyrəşmişik.