Millinin heyətində dəyişiklik - "Neftçi"nin futbolçusu yığmada
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
"Mediasport" xəbər verir ki, "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.
Onun əvəzinə "Neftçi"nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət alıb.
Mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.


