1-ci Liqa klubundan ayrılan futbolçu Qırğızıstan klubunda
Azərbaycanlı futbolçu Səbayıl Bağırov karyerasını Qırğızıstanda davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 1-ci Liqa təmsilçisi "Səbail"dən ayrılan futbolçu "Ozqon"la anlaşıb.
Beləliklə, Asiya klubunda forma geyinən azərbaycanlı futbolçuların sayı 4-ə yüksəlib.
Hazırda Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov Qırğızıstan klubunun uğurları üçün çalışır.


