Millimiz Moldova ilə üz-üzə - Qarşılaşma canlı yayımlanacaq
Qəbələdə təlim-məşq toplanışınd aolan U-20 Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Moldovadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Görüş "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandamız oktyabrın 6-da Yaponiya yığması ilə qarşılaşacaq.

