Nazir və baş katib millimizin üzvlərinə hədiyyə təqdim etdi

Nazir və baş katib millimizin üzvlərinə hədiyyə təqdim etdi

Manə Mollayeva və Aytac Şərifova Azərbaycanın qadınlardan ibarət millisinin heyətində 50-ci oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, hər iki futbolçuya dünən Andorra ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması hədiyyə edilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.