Yığma komandamız Litva ilə vacib oyunun hazırlıqlarına başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litvaya qarşı keçiriləcək oyun üçün hazırlığa başlayıb.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun komandası baltikalılarla mayın 30-da qarşılaşacaq.
Bayıl stadionunda baş tutacaq C Liqasının 4-cü qrupunun görüşü saat 18:00-da başlanacaq.
Xatırladaq ki, 3 komandalı qrupda 1-ci yeri tutacaq kollektiv B Divizionuna yüksələcək.
Yığmamızın qrupda əsas rəqibi Monteneqro futbolçularının da aktivində 5 xal var və onlar litvalılarla iyunun 3-də səfərdə üz-üzə gələcəklər.
Monteneqro seçməsi indiyədək keçirdiyi matçlarda daha çox top vurduğuna görə hazırda qrupda 1-ci sırada qərarlaşıb.