“Neftçi”nin növbəti oyununun biletləri 1 manatdan satışa çıxarıldı

“Neftçi”nin növbəti oyununun biletləri 1 manatdan satışa çıxarıldı

Aprelin 11-də Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Saat 20:00-da başlanacaq qarşılaşma “Palms Sports Arena”da reallaşacaq.