AFFA veteran futbolçuya görə "Qəbələ"ni 10 min cərimələdi
AFFA İntizam Komitəsi "Qəbələ"ni 10 min manat cərimələyib.
"Mediasport" xəbər verir ki, ölkə çempionatının 31-ci turunun "Qəbələ" - "Qarabağ" matçında Asif Məmmədov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Nəticədə, o, 4 matç cəzalandırılıb. Bölgə təmsilçisi isə futbolçusunun bu davranışına görə cərimə ödəməli olacaq.
Görüş başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2500 manat, meydana kənar əşya atılması 2000 manat ziyana salıb.
Eyni zamanda, mayın 10-da baş tutan "Neftçi" - "Şamaxı" duelində qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
