"Neftçi SOCAR" Dünya Seriyasında mövsümü ikinci sırada başa vurdu
Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının (Women Series) 2026-cı il mövsümü başa çatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi SOCAR” komandası mövsümü ikinci pillədə tamamlayıb.
"Ağ-qaralar" ümumilikdə 672 xal toplayıblar.
Qeyd edək ki, "Neftçi SOCAR" mövsümdə 12 mərhələnin 2-də – “Orlean” və “Marsel” turnirlərində çempion olub.


