Millimiz Estoniyaya qalib gəldi
18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.
"Mediasport" xəbər verir ki, komandamız 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə üz-üzə gəlib.
Görüş yığmamızın qələbəsi ilə yekunlaşıb - 74:71.
Basketbolçularımız sabah Norveç komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz daha əvvəl Rumıniya (55:81), Portuqaliya (52:90), Niderland (72:79) və İslandiya (74:77) uduzub, Şimali Makedoniyaya (75:73) qalib gəlib.


