"Neftçi"dən Avropa Kubokunun qrup mərhələsində ilk qələbə

 "Neftçi"dən Avropa Kubokunun qrup mərhələsində ilk qələbə

"Neftçi" basketbol klubu FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul ediblər.

Təmsilçimiz Bakı İdman Sarayında baş tutan gərgin mübarizənin sonunda qələbə qazanıb - 95:84.

Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub.

Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq.