"Sabah"da yeni idman direktoru - Litvadan mütəxəssis gətirdilər
"Sabah" basketbol klubunda yeni təyinat olub.
"Mediasport" xəbər verir ki, Lukas Qrabauskas idman direktoru təyin edilib.
Litvalı mütəxəssis son 8 ilini ölkəsinin "Lietkabelis" klubunda keçirib.
Xatırladaq ki, "bayquşlar" Azərbaycan Basketbol Liqasının son qalibidir.


