APL-in 4 klubu cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.
Komitə 4 kluba cərimə kəsib.
“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu, "Səbail" - "Araz-Naxçıvan" görüşündə qonaqların 5 futbolçusu və "Şamaxı" - "Turan Tovuz" görüşündə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün hər klub 700 manat cərimə ödəyəcək.
"Qarabağ" - "Sabah" duelində isə Əsasnamənin tələbləri pozulduğu üçün Ağdam təmsilçisi 500 manat ziyana düşüb.