Olimpiya çempionlarımız Qran-prini medalsız başa vurdular

Olimpiya çempionlarımız Qran-prini medalsız başa vurdular

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.

"Mediasport" xəbər verir ki, komandamız sonuncu yarış günündə iki mükafat qazanıb.

Murad Fətiyev (90 kq) gümüş, Kənan Nəsibov (+100 kq) isə bürünc medalçı olub.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.

Olimpiya çempionlarımız - Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) ümidləri doğrultmayıblar.