Hidayət Heydərov İJF-də Atletlər Komissiyasına üzv seçildi

 Hidayət Heydərov İJF-də Atletlər Komissiyasına üzv seçildi

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasının üzvü olub.

Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı çərçivəsində idmançılar İJF-nin Atletlər Komissiyasına nümayəndələrini seçiblər.

Seçki nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə İJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.

Hidayət Heydərov Atletlər Komissiyasına İJF İcraiyyə Komitəsinin qərarı ilə  üzv seçilib.

Yeni tərkib 2025-2029-cu illəri əhatə edən dörd illik müddətdə fəaliyyət göstərəcək.