Cüdoçularımız Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

  Cüdoçularımız Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər

3-9 sentyabrda Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadası keçiriləcək.

"Mediasport" xəbər verir ki, multi-idman turnirinin cüdo yarışlarında Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 9 cüdoçu (7 kişi, 2 qadın) ilə təmsil olunacaq.

Yarışda cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Əmrah Əhmədov rəhbərlik edəcək.

Kişilərin mübarizəsi

-60 kq

Bahadır Feyzullayev

-66 kq

Nurlan Kərimli

-73 kq

Mehdi Cəfərov

-81 kq

Mehdi Abbasov

-90 kq

Cəsur İbadlı

-100 kq

Əli Qazıməmmədov

+100 kq

Qurban Məmmədli

Qadınların mübarizəsi

-48 kq

Könül Əliyeva

-70 kq

Südabə Ağayeva