Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına çıxdı!

Futbol üzrə Özbəkistan milli komandası tarixi uğura imza atıb.
"Mediasport" xəbər verir ki, Asiya təmsilçisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Timur Kapadzenin baş məşqçisi olduğu yığma buna DÇ-2026-nın seçmələrində Asiya zonasının qrup mərhələsinin BƏƏ ilə 9-cu tur matçından 1 xal (0:0) götürərək nail olub.
Qrupda xal ehtiyatını 18-ə çatdıran özbəklər İran millisi ilə birlikdə mundiala vəsiəni təmin ediblər.
DÇ gələn il ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.